BAKI, 24 iyun. TELEQRAF
“Mançester Siti” “Çelsi”nin futbolçusu Malo Qusteonu heyətinə qatmaqda maraqlıdır.
Teleqraf xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Bildirilib ki, Mançester təmsilçisi fransalı sağ cinah müdafiəçisinin durumunu izləyir.
Hazırda tərəflər arasında danışıqlar aparılmır.
Qeyd edək ki, Malo Qusteonun “Çelsi” ilə müqaviləsi 2030-cu ilə qədərdir. “Transfermarkt” 23 yaşlı müdafiəçinin dəyərini 35 milyon avro qiymətləndirir.