BAKI, 24 iyun. TELEQRAF

Fransanın Paris şəhərində yerləşən Disneyland Paris anomal isti hava şəraiti səbəbindən açıq havada fəaliyyət göstərən bəzi attraksionların işini müvəqqəti dayandırıb.

Teleqraf xəbər verir ki, bu barədə "Le Figaro" nəşri məlumat yayıb.

Məlumata görə, Sena və Marn departamentində qırmızı hava təhlükəsi səviyyəsinin elan edilməsindən sonra, xüsusilə ziyarətçilərin uzun müddət günəş altında qalmasını və ya açıq havada növbə gözləməsini tələb edən attraksionlar bağlanıb.

Qeyd olunub ki, qərar ziyarətçiləri günvurma və yüksək temperaturla bağlı digər risklərdən qorumaq məqsədilə qəbul edilib.