BAKI, 23 iyun. TELEQRAF

"Biz müdafiə qabiliyyətlərimiz barədə heç kimlə danışıqlar aparmayacağıq".

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezaşkian bildirib.

Pakistanın Baş naziri Şahbaz Şərif ilə birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Pezeşkian qeyd edib: "Bizim raket proqramımız anlaşma memorandumuna daxil edilməyib və heç vaxt müzakirə mövzusu olmayıb. Biz müdafiə qabiliyyətlərimiz barədə heç kimlə danışıqlar aparmırıq. Əgər müdafiə silahlarımız olmasaydı, düşmən Qəzza kimi ölkəmizi yerlə bir edərdi".

Pezeşkian İran-Pakistan münasibətlərinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq, iki ölkənin birgə əməkdaşlıq yolu ilə regionda nümunəvi qardaşlıq modeli qura biləcəyini bildirib.