BAKI, 23 iyun. TELEQRAF
Tehranın raket proqramının azaldılması məsələsi ABŞ və İran arasında anlaşma memorandumunda qeyd edilməyib və müzakirə olunmayıb.
Teleqraf xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif bildirib.
“Tam əminliklə deyə bilərəm ki, ABŞ-İran anlaşma memorandumunda ballistik raketlərdən bəhs edilmir. Bu məsələ heç vaxt müzakirə olunmayıb, heç vaxt gündəmdə olmayıb və İran tərəfi bunu müzakirə etmək istəməyib”, - deyə Şərif İslamabadda İran Prezidenti Məsud Pezeşkianla danışıqlardan sonra bildirib.