BAKI, 24 iyun. TELEQRAF
İranın siyasəti bundan ibarətdir ki, regionun təhlükəsizliyi bu bölgədə olan ölkələr tərəfindən təmin edilməlidir. İslam ölkələrinin resursları müsəlman xalqlarının rifahına xidmət etməlidir.
Teleqraf xəbər verir ki, bu sözləri İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf deyib.
"Bu mənada İran istənilən müsbət təşəbbüslərə sadiqdir. Biz heç vaxt dostlarımızı tək qoymamışıq. İran düşünür ki, xarici güclər regiondan geri çəkilməlidir. Asiyada kənar güclərin qüvvələri olmamalıdır. Ədalətsiz sülh kövrəkdir. Ədalət və sülh eyni medalın üzü olmalıdır", - deyə qeyd edib.
O, Fələstin məsələsində İranın mövqeyinin dəyişməz olduğunu vurğulayıb.