BAKI, 24 iyun. TELEQRAF

“Özümü yaxşı hiss edirəm. Azərbaycanda döyüşmək böyük motivasiyadır. Səbirsizliklə döyüş gününü gözləyirəm".

Teleqraf xəbər verir ki, bu sözləri azərbaycanlı döyüşçü Fərman Həsənov “UFC Fight Night Baku” turnirindən öncə mətbuat konfransında deyib.

“Hər şey qaydasındadır. Çəki prosesim də nəzarətdədir. Döyüşə hazıram. Rəqib təcrübəli döyüşçüdür. İnanıram ki, qələbə bizimlə olacaq. İlk hədəfim UFC-yə düşmək idi. İlk döyüşümdür. Bundan sonra qələbə düşünürəm. Ən maraqlı və ən çətin divizionlardan birindəyəm. Çətin rəqiblər olur. Amma burada ən vacibi öz döyüşünə diqqət etməkdir.

Futbola çox maraqlanmıram. Arada oynayıram. 6-cı gün üçün əsas döyüşü düşünəcəm. Futbol indidən yaddan çıxıb (gülür-red.)".

Qeyd edək ki, Fərman Həsənov yarımağır çəkidə ABŞ təmsilçisi Erik Nolanla münasibətlərə aydınlıq gətirəcək.