BAKI, 24 iyun. TELEQRAF

Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi Rusiya tərəfindən müvəqqəti olaraq işğal edilmiş Sevastopol şəhərinin (Krım) əsas elektrik yarımstansiyasının məhv edildiyini təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə o, sosial mediada məlumat verib.

“24 iyun gecəsi Sevastopolun əsas elektrik yarımstansiyası məhv edilib”, - o bildirib.

Brovdi əlavə edib ki, qüvvələr gecə saatlarında Ukraynanın cənubunda 48 əməliyyat keçirib, əvvəlcədən müəyyən edilmiş hədəfləri effektli şəkildə məhv edib.

Xatırladaq ki, media bundan əvvəl Ukraynanın hava hücumu zamanı Sevastopolda elektrik yarımstansiyasında yanğın baş verdiyi, nəticədə şəhərin elektriksiz qaldığı barədə məlumat yaymışdı.