BAKI, 24 iyun. TELEQRAF
“Atletiko”nun futbolçusu Xulian Alvares klubunu dəyişmək istəyir.
Teleqraf xəbər verir ki, argentinalı hücumçu bu yay Madrid təmsilçisindən ayrılmaq qərarına gəlib.
26 yaşlı futbolçu “Barselona”ya keçidi baş tutmasa belə, “Atletiko”dan ayrılmaq niyyətindədir. Alvares karyerasını başqa klubda davam etdirmək istəyir.
Argentinalı hücumçu ilə “Arsenal”ın da maraqlandığı iddia olunur.
Qeyd edək ki, Xulian Alvares 2024-cü ilin yayından “Atletiko”da çıxış edir. Onun Madrid klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədərdir. Futbolçunun bazar dəyəri 100 milyon avro qiymətləndirilir.