BAKI, 24 iyun. TELEQRAF
NATO-nun baş katibi Mark Rutte Alyans ölkələrini hərbi-sənaye kompleksinin istehsal gücünü artırmağa və Atlantik okeanının hər iki sahilində sursat ehtiyatlarını genişləndirməyə çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
NATO-nun baş katibi bildirib ki, mövcud təhlükəsizlik çağırışları fonunda müdafiə sənayesinin istehsal imkanlarının artırılması və sursat ehtiyatlarının gücləndirilməsi zəruridir.
Onun sözlərinə görə, bu addımlar Alyansın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.