BAKI, 24 iyun. TELEQRAF
Amerika Prezidenti Donald Tramp hesab edir ki, İranla müharibə yenidən başlasa, ABŞ-nin işi bitirməsi üçün bir həftədən az vaxt lazım olacaq.
Teleqraf xəbər verir ki, ABŞ lideri Pensilvaniya ştatının Allentaun şəhəri yaxınlığında iqtisadi məsələlərlə bağlı çıxışı zamanı bildirib:
“Venesuela özünü çox yaxşı aparır, İran da özünü çox yaxşı aparır. Yəni, əgər İran ağlabatan və müdrik davranmasa, işi bitirməli olacağıq və bu, yəqin ki, bir həftədən az vaxt aparacaq. Düşünürəm ki, onlar (İran hakimiyyəti - red) etməli olduqlarını edəcəklər. Çünki biz buna nail olmaq istəyirik”.