BAKI, 19 noyabr. TELEQRAF
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukrayna Prezidenti Volodimir Zelenskinin Ankaradakı danışıqları barədə nəticələri şəxsən Moskvaya məlumat verə bilər.
Teleqraf xəbərr verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Agentlik yazır ki, Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidentinin sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffla görüşdə əsirlərin mübadiləsi və Ukraynada münaqişənin dinc yolla həlli imkanlarını müzakirə etməyi planlaşdırır.
Məlumata görə, tərəflər danışıqlarda irəliləyiş əldə edəcəkləri təqdirdə, Hakan Fidan bu barədə Rusiyanı məlumatlandıracaq.