Rusiyaya məxsus pilotsuz təyyarə Ukrayna-Polşa sərhədi yaxınlığında yerə düşüb.
Teleqraf xəbər verir ki, "Telegram" kanallarının məlumatına görə, PUA Yaqodin keçid məntəqəsinə doğru uçan zaman qəzaya uğrayıb.
Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı Rusiyanın Ukraynanın qərb bölgələrinə hücumu səbəbindən Polşa döyüş təyyarələrinin havaya qalxdığı barədə xəbərdarlıq edib.
Ölkənin yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat sistemləri hazırlıq vəziyyətinə gətirilib.
Xatırladaq ki, sentyabrın 10-da Polşanın Baş naziri Donald Tusk ölkəsinin Ukrayna ilə sərhəddəki nəzarət-buraxılış məntəqələrinə Rusiyanın hücumlarını gözlədiyini bildirmişdi .