İsveçrə Yayım Korporasiyasının (SBC) şəxsi məlumatları kiverdələduzlar tərəfindən oğurlanıb.

Teleqraf xəbər verir məlumatların sızması 2020-ci ildən etibarən baş veribş Kibercinayətkarlar korporasiyanın əməkdaşlarının məlumatlarını ələ keçiriblər.

İsveçrə ictimai yayım şirkəti işçilərinə məxsus məlumatlara daxil olinduğunu aşkar etdikdən sonra tez bir zamanda hərəkətə keçib və giriş nöqtələrini deaktiv edib.

Hadisə ilə bağlı cinayət işi açılıb. Hücumun səbəblərini və miqyasını aydınlaşdırmaq üçün yerli və beynəlxalq ekspertlərin əməkdaşlığı ilə hərtərəfli araşdırma aparılır.