BAKI, 28 sentyabr. TELEQRAF

İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyik.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.

O, ABŞ-nin İranla müharibəni çox yaxında qazanacağını deyib.

“İran heç vaxt nüvə silahı əldə etməyəcək, biz bu müharibəni çox tezliklə qazanacağıq. Müharibə bitəcək və neftin qiyməti kəskin şəkildə düşəcək”, - Tramp deyib.