BAKI, 29 sentyabr. TELEQRAF

Böyük Britaniyanın Liverpul şəhərində Fələstinyönlü “Palestine Action” hərəkatının qadağan edilməsinə qarşı keçirilən etiraz aksiyasında 82 nəfər saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Mersisayd qraflığının polisi məlumat yayıb.

Bildirilib ki, hakim Leyboristlər Partiyasının qurultayı ilə eyni vaxtda keçirilən 27 sentyabr aksiyası zamanı 82 nəfər qadağan olunmuş təşkilata dəstəyi ifadə edən əşyalar daşımaqda və ya nümayiş etdirməkdə şübhəli bilinərək saxlanılıb.

Onlar polis bölmələrinə aparıldıqdan sonra girov müqabilində sərbəst buraxılıblar. Daha 79 nəfər barəsində isə məhkəməyə çağırılmaq şərtilə müvafiq hüquqi tədbirlər görülüb.

“Palestine Action” hərəkatı 2026-cı il iyulun 5-də Böyük Britaniyada qadağan olunmuş təşkilatlar siyahısına daxil edilib. Təşkilata üzvlük və onun fəaliyyətinə dəstək göstərilməsi 14 ilədək həbs cəzası ilə nəticələnə bilər.

Məlumata görə, qadağanın qüvvəyə minməsindən sonra ölkə üzrə keçirilən etiraz aksiyalarında 3 mindən çox insan saxlanılıb.

Britaniyanın xarici işlər naziri Ed Milibend də Liverpulda etirazçıların etirazı ilə üzləşib. Aktivistlər restoranda nazirə yaxınlaşaraq “Palestine Action” hərəkatına qoyulan qadağanın ləğvini tələb ediblər. Milibend məsələni başqa vaxt müzakirə etməyə hazır olduğunu bildirib.