BAKI, 29 sentyabr. TELEQRAF

BMT-nin Baş katibi Antonio Quterreş İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşərək Yaxın Şərqdə davam edən münaqişənin nizamlanması yollarını müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə BMT Baş katibinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüş zamanı tərəflər regiondakı mövcud vəziyyət və münaqişənin diplomatik yollarla həlli istiqamətində aparılan danışıqlar ətrafında fikir mübadiləsi aparıblar.

Quterreş BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində münaqişəyə son qoyulması məqsədilə göstərilən diplomatik səyləri alqışlayıb.

Baş katib münaqişə tərəflərini diplomatik təşəbbüsləri davam etdirməyə və mövcud fikir ayrılıqlarını danışıqlar yolu ilə aradan qaldırmağa çağırıb.