BAKI, 28 sentyabr. TELEQRAF

Terrorçu qruplar süni intellekt də daxil olmaqla ən son texnologiyalardan fəal şəkildə istifadə edir və müxtəlif ölkələrin qeyri-sabitliyindən və zəif dövlət idarəçiliyindən yararlanmağa çalışırlar.

Teleqraf xəbər verir ki, bunu BMT-nin Terrorla Mübarizə Departamentinin rəhbəri, Baş katibin müavini vəzifəsini icra edən Aleksandr Zuev bildirib.

Onun sözlərinə görə, terror təhlükəsi simasını dəyişir və cinayətkar qruplar müasir texniki vasitələrdən istifadə etməkdə getdikcə daha çox ustalaşırlar.

Zuev vurğulayıb ki, qruplar getdikcə süni intellekt də daxil olmaqla yeni texnologiyalara müraciət edir və xüsusilə Afrikanın bəzi bölgələrində qeyri-sabitlikdən və zəif dövlət idarəçiliyindən istifadə etməyə çalışırlar.

O, terrorizmin dəyişən təbiətinin sarsılmaz diqqət və yeni çağırışlarla üzləşməyə daim hazırlıq tələb etdiyini vurğulayıb.