BAKI, 28 sentyabr. TELEQRAF
ABŞ Federal Təhqiqat Bürosunun (FTB) direktor müavini Endryu Beyli bir il öncə təyin olunduğu bu vəzifəsindən istefa verib.
Teleqraf xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində bildirib.
"FTB-də xidmət etmək imkanına görə Prezident Donald Trampa, baş prokuror Todd Blanşa və FTB direktoru Keş Patelə təşəkkür etmək istəyirəm. Prezident Trampın rəhbərliyi altında biz Amerikanın təhlükəsizliyini təmin etmək missiyamızın yerinə yetirilməsində tarixi nəticələr əldə etdik", - E. Beyli qeyd edib.
O, əldə olunan nailiyyətləri qürurla qiymətləndirdiyini və Missuridəki ailəsinin yanına qayıtmaq üçün vəzifəsindən getdiyini qeyd edib.