BAKI, 28 sentyabr. TELEQRAF

Vaşinqton administrasiyası İran və İraqın Nəcəf şəhəri arasında bəzi uçuşları sanksiyalardan azad etməyi nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyinin məlumat yayıb.

Mənbəsinin sözlərinə görə, Tramp administrasiyası şiə müsəlman zəvvarları üçün İran və İraq arasında uçuşlara icazə vermək məqsədilə İrana qarşı sanksiyaların bir hissəsini aradan qaldırılmasını nəzərdən keçirir.

"ABŞ Maliyyə Nazirliyi İraq Hava Yollarının Nəcəfdən İrana və geriyə uçuşlar həyata keçirməsinə icazə verən məhdudiyyətləri bir ay müddətinə qaldıra bilər" - məlumatda qeyd olunur.

"Əl-Hədəs" televiziyası əvvəllər İraq hakimiyyətinin ABŞ administrasiyası ilə İrana hava səyahətlərinin qismən bərpası üçün danışıqlar apardığını bildirmişdi. Mənbələrə görə, İraq ABŞ-dən "Iraqi Airways" şirkətinin İrana məhdud uçuşlarına icazə verməsini istəyib. Bağdad güzəştə gedərək İslam Respublikasından bütün uçuşların yalnız bir hava limanında - Nəcəfdə qəbul edilməsini təklif edib.

8 sentyabrda ABŞ İranın sanksiya siyahısına hava nəqliyyatı sektorunda fəaliyyət göstərən 35 aviaşirkət və digər şirkətləri əlavə edib. 21 sentyabrda ABŞ maliyyə naziri Skott Bessent Vaşinqtonun sanksiyaları səbəbindən bütün İran aviaşirkətlərinin 23 sentyabrdan etibarən beynəlxalq uçuşları dayandırmaq məcburiyyətində qalacağını açıqlayıb və bu sanksiyalar Tehranın xarici tərəfdaşlarını da təhdid edir.