BAKI, 29 sentyabr. TELEQRAF

Böyük Britaniya hökuməti elektrik enerjisi şəbəkələrinə investisiya yatırmaq və onların inkişafını sürətləndirmək məqsədilə yeni dövlət şirkəti yaratmağı planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

Bildirilib ki, Baş nazir Endi Börnham sentyabrın 29-da Liverpulda keçirilən hakim Leyboristlər Partiyasının qurultayında “Great British Grid” adlı yeni dövlət şirkətinin yaradılmasını elan edəcək.

Yeni qurumun əsas məqsədi elektrik şəbəkələrinə qoşulmanı sürətləndirmək, xərcləri azaltmaq və ölkənin yenidən sənayeləşdirilməsi proqramına dəstək verməkdir.

Börnham hesab edir ki, Marqaret Tetçerin hakimiyyəti dövründə həyata keçirilən özəlləşdirmə enerji sektoruna kifayət qədər investisiya qoyulmamasına və infrastrukturun inkişafının ləngiməsinə səbəb olub.

Baş nazir Britaniyada enerji qiymətlərinin həm əhali, həm də müəssisələr üçün ciddi maliyyə yükü yaratdığını bildirib. O, enerji bazarının ictimai maraqlara uyğun islahatlara ehtiyacı olduğunu vurğulayıb.

Məlumata görə, yeni şirkətə əvvəllər “Great British Energy” üçün ayrılmış 4 milyard funt sterlinqlik maliyyə mənbəyindən istifadə imkanı veriləcək.