BAKI, 28 sentyabr. TELEQRAF
İran ABŞ sanksiyalarının yumşaldılması qarşılığında uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb.
Teleqraf xəbər verir ki, bu barədə "Əl-Hədəs" telekanalı Pakistandakı mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, razılaşma İran-Amerika danışıqlarında iştirak edən vasitəçilərin dəstəyi ilə əldə edilib. Rəsmi Tehran hələlik bu məlumata münasibət bildirməyib.
Bundan əvvəl, sentyabrın 28-də "Axios" və İsrailin "12-ci Kanal"ının müxbiri Barak Ravid ABŞ rəsmisinə istinadən ABŞ prezidenti Donald Trampın İrana qarşı sanksiyaları yumşaltmağa və dondurulmuş İran aktivlərini ləğv etməyə hazır olduğunu bildirmişdi. Onun sözlərinə görə, bu, Tehranın Vaşinqtonun nüvə proqramı ilə bağlı tələblərini yerinə yetirməsi müqabilində mümkündür.