BAKI, 10 noyabr. TELEQRAF

Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) detektivləri energetika sahəsində aparılan korrupsiya araşdırmaları zamanı içi nağd pulla dolu çantalar aşkar ediblər.

Teleqraf xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb.

Məlumata görə, çantalarda xarici valyuta olub və pullar sübut kimi götürülüb. Pulun kim tərəfindən aparıldığı hələlik açıqlanmayıb.

***

12:59

Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) enerji sektorunda irimiqyaslı korrupsiya işi ilə bağlı axtarışları təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb.

Bildirilib ki, istintaq “yüksək səviyyəli cinayətkar təşkilatın” fəaliyyətini sənədləşdirib. Onların üzvləri strateji dövlət sektoru müəssisələrinə, xüsusən də "Energoatom"a təsir göstərmək üçün irimiqyaslı korrupsiya sxemi qurublar.

Agentliyin məlumatına görə, araşdırma il yarım davam edib və NABU əməkdaşları minə yaxın səs yazısı toplayıblar.

***

12:16

Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) energetika naziri Herman Qaluşenkonun evində axtarışlar aparır.

Teleqraf xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak məlumat yayıb.

O bildirib ki, əməliyyat yalnız bu şəxslərlə məhdudlaşmır. Eyni zamanda “Energoatom” dövlət korporasiyasında da axtarışlar davam edir.

Deputat əlavə edib ki, H.Qaluşenko və “Energoatom” rəhbərliyi Ukrayna prezidenti Volodimir Zelenskinin yaxın müttəfiqi hesab edilən iş adamı Timur Mindiçə də bağlıdır. Hazırda onun evində də axtarış aparılır.