BAKI, 23 oktyabr. TELEQRAF

Müharibə zamanı İsrailə 50-dən çox xarici kəşfiyyat xidməti yardım göstərib.

Teleqraf xəbər verir ki, bu barədə İranın Kəşfiyyat Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, bu xidmətlər İsrailə həm məlumat ötürülməsi, həm də əməliyyatların planlaşdırılması mərhələsində dəstək veriblər.

Qeyd edək ki, iyunun 13-də səhər saatlarında İsrailin İranın bir neçə bölgəsindəki hədəflərə qarşı genişmiqyaslı hücumu ilə başlayan və Tehranın cavab zərbələri ilə davam edən müharibə, iyunun 24-də əldə olunan atəşkəs razılaşması ilə başa çatıb.