BAKI, 17 oktyabr. TELEQRAF

Estoniya hökuməti Varska–Saatse avtomobil yolunun bağlanmasına qərar verib.

Teleqraf xəbər verir ki, söhbət marşrutun bir hissəsinin Rusiya ərazisindən “Saatse burnu” adlanan ərazidən keçən hissəsindən gedir.

Estoniyanın xarici işlər naziri İqor Taro bildirib ki, həmin yol sahəsində hərəkət tam şəkildə dayandırılacaq. Onun sözlərinə görə, bu addım ölkənin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

Baş nazir Kristen Mixal qeyd edib ki, hökumət eyni zamanda həmin istiqamətdə alternativ, yeni dolama yolun tikintisini sürətləndirmək qərarına gəlib.

Rusiya Dövlət Dumasının Regional siyasət və yerli özünüidarəetmə komitəsinin sədr müavini Mixail Matveyev isə Tallinin bu qərarını “Baltik rusofobiyasının növbəti təzahürü” adlandırıb.