BAKI, 7 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İran tərəfindən Qəzza məsələsinin həllinə dair müsbət siqnal aldığını bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında danışıb.
“Düşünürəm ki, biz hətta İrandan da çox güclü siqnal aldıq. Onlar istəyirlər ki, bu razılaşma baş tutsun”, - deyə o vurğulayıb.
ABŞ liderinin sözlərinə görə, Qəzza üzrə danışıqlar hazırda “çox müsbət istiqamətdə” davam edir və razılaşmanın əldə olunma ehtimalı yüksəkdir.