BAKI, 9 avqust. TELEQRAF

Latviya Xarici İşlər Nazirliyi Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşə dair bəyanat yayıb.

Teleqraf xəbər verir ki, bu barədə Latviya xarici işlər naziri Bayba Braje özünün "X" hesabında paylaşım edib

"Latviya Ermənistan və Azərbaycan liderlərini təqdir edir və bu əlamətdar nəticənin əldə edilməsində ABŞ prezidenti Trampın güclü iştirakını yüksək qiymətləndirir. Sülh müqaviləsinin imzalanması Cənubi Qafqazda sülh və regional əməkdaşlıq üçün mühüm addım olacaq", - paylaşımda deyilir.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

Görüş zamanı rəsmi Bakı ilə İrəvan arasında sülh gündəliyi, Zəngəzur dəhlizinin açılması və s. məsələlər müzakirə olunub.

Yekunda üç ölkə liderinin görüşünə dair Birgə Bəyannamə imzalanıb.