BAKI, 2 iyun. TELEQRAF

Latviya strateji obyektlərin yaxınlığında mülkləri olan Rusiya vətəndaşlarının respublikaya girişini qadağan edib.

Teleqraf xəbər verir ki, bu barədə "TV3" xəbər verir .

Latviya Dövlət Təhlükəsizliyi Xidməti (DTX) milli təhlükəsizlik üçün vacib olan obyektlərin yaxınlığında mənzil və kommersiya obyektləri almış ruslarla bağlı bir sıra yoxlamalar aparıb. Bundan sonra qurum həmin şəxslərin ölkəyə girişi arzuolunmaz şəxslər siyahısına daxil edilməsini tövsiyə edib.

"Bir sıra hallarda Rusiya vətəndaşlarının Latviyanın milli təhlükəsizliyi üçün yaratdığı risklər müəyyən edilib. Bu vətəndaşlar "qara siyahı" adlanan və ya Latviyaya girişi qadağan edilən əcnəbilərin siyahısına daxil edilib", - məlumatda deyilir.

Aprel ayında Latviya ruslar üçün giriş qaydalarını sərtləşdirib. Yeni qaydalara əsasən, sentyabrın 1-dən ölkəyə daxil olan şəxslər 48 saat öncədən özləri haqqında ətraflı məlumat verməlidirlər. Tələbləri pozanlar 2000 avroya qədər cərimələnirlər.