BAKI, 29 aprel. TELEQRAF

Latviya Ukraynaya daha 1 500 ədəd döyüş dronu göndərib.

Teleqraf xəbər verir ki, bu barədə Latviyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bu dronlar Ukraynaya dəstək məqsədilə yaradılmış beynəlxalq "Dron Koalisiyası" çərçivəsində verilir.

Qeyd edək ki, "Dron Koalisiyası" 2024-cü ildə Birləşmiş Krallıq və Latviya tərəfindən yaradılıb. Daha sonra Avstraliya, Almaniya, Danimarka, Kanada, Litva, Niderland, Norveç, Polşa, Ukrayna, İsveç və Estoniya da bu təşəbbüsə qoşulub.

Koalisiyanın məqsədi Ukraynaya pilotsuz uçuş aparatlarının istehsalı və tədarükündə yardım göstərməkdir.