BAKI, 23 aprel. TELEQRAF

Ukraynanın Çinlə bağlı iddiaları əsassız ittiham və siyasi manipulyasiyadır.

Teleqraf xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Tsiakyun açıqlama verib.

O bildirib ki, Ukrayna tərəfinin Çin vətəndaşlarının guya Rusiya tərəfində döyüşlərdə iştirakı və Pekinlə Moskva arasında hərbi əməkdaşlıq mövzusunda irəli sürdüyü fikirlər tamamilə əsassızdır.

“Çin bu cür əsassız ittiham və siyasi manipulyasiyalara qəti şəkildə qarşı çıxır”, - XİN rəsmisi vurğulayıb.

Tsiakyun Çinin bu məsələ ilə bağlı öz mövqeyini artıq dəfələrlə bəyan etdiyini bildirib.