BAKI, 23 aprel. TELEQRAF
Çin İranla siyasi etimadı möhkəmləndirməyə və praktik əməkdaşlığı genişləndirməyə hazırdır.
Teleqraf xəbər verir ki, bu fikirləri Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurası sədrinin müavini Din Syuesyan İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşündə səsləndirib.
Onun sözlərinə görə, iki ölkə arasında əldə edilmiş mühüm razılaşmaların həyata keçirilməsi, yüksək səviyyəli təmasların davam etdirilməsi, siyasi etimadın gücləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi və beynəlxalq, regional məsələlərdə koordinasiyanın artırılması ikitərəfli münasibətlərin davamlı və uzunmüddətli inkişafına töhfə verəcək.
Öz növbəsində, Abbas Əraqçi Tehranla Pekin arasında dərin dostluq əlaqələrinə toxunaraq, İranın qarşılıqlı faydalı əməkdaşlığı, çoxtərəfli koordinasiyanı və birgə fəaliyyəti daha da dərinləşdirməyə hazır olduğunu diqqətə çatdırıb.