BAKI, 23 aprel. TELEQRAF

Aprelin 24-də Çinin Kosmonavt Günündə "Shenzhou-20" kosmik gəmisi orbitə göndəriləcək.

Teleqraf xəbər verir ki, bu barədə Çinin kosmosa uçuşlar proqramı departamentinin rəis müavini Lin Sitsyan məlumat yayıb.

Uçuş ölkənin şimal-qərbindəki Jiuquan peyk buraxılış mərkəzindən "Long March 2F" daşıyıcı raketindən istifadə etməklə həyata keçiriləcək. Ekipaj üzvləri iki dəfə kosmosda olmuş komandir Çen Donq və kosmonavtlar Çen Çjonqrui ilə Vanq Jiedir.