BAKI, 23 aprel. TELEQRAF

ABŞ Çin mallarına tətbiq edilən gömrük rüsumlarını azaldacaq, lakin tarifi sıfıra endirməyəcək.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda jurnalistlərin suallarını cavablandırarkən deyib.

Tramp Çindən gələn mallara tətbiq edilən cari ümumi tarifləri çox yüksək hesab edib. O qeyd edib ki, rüsumlar xeyli azaldılacaq.