
BAKI, 16 aprel. TELEQRAF
Perunun keçmiş birinci xanımı Nadin Yeredia Braziliya səfirliyindən sığınacaq istəyib.
Teleqraf xəbər verir ki, bu barədə Peru Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Yeredia səfirlik binasına gələrək braziliyalı diplomatlardan ona siyasi sığınacaq vermələrini istəyib.
Keçmiş birinci xanımı əhatə edən vəziyyətlə əlaqədar olaraq, Peru və Braziliya hökumətləri ikitərəfli əlaqə saxlayıblar.
Aprelin 15-də məhkəmə Yeredia və onun əri, Perunun keçmiş Prezidenti Olyantu Umalu 15 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Sabiq ölkə başçısı və xanımı Peru Millətçi Partiyasının seçki kampaniyasını qanunsuz olaraq maliyyələşdirməkdə ittiham olunurlar.
Umalu və xanımı onlara qarşı bütün ittihamları rədd edirlər.