BAKI, 16 aprel. TELEQRAF

Lənkəran Dövlət Universitetinin Lənkəran şəhəri 170 A ünvanında yerləşən I saylı tədris korpusunda cari təmir işləri aparılacaq.

Teleqraf xəbər verir ki, universitet bu səbəbdən tikinti şirkəti axtarışındadır və təmir işlərinə 373 min 853 manat vəsait ayırmağı planlaşdırır.

Qeyd edək ki, müvafiq işlərin görülməsi üçün elan edilmiş tender mayın 7-nə qədər davam edəcək.