BAKI, 16 aprel. TELEQRAF

Zəka Mirzəyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri təyin edilib.

Teleqraf xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmr imzalayıb.

Qeyd edək ki, Zəka Aqil oğlu Mirzəyev 1978-ci ildə anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin beynəlxalq hüquq ixtisası üzrə bakalavr pilləsini, 2002-ci ildə magistr pilləsini fərqlənmə diplomu ilə, 2007-ci ildə aspiranturasını bitirib.

2000-ci ildə özəl sektorda hüquq məsləhətçisi işləyib. 2003-2004-cü illərdə hərbi xidmətdə olub.

2005-ci ildən Maliyyə Nazirliyində baş məsləhətçi, sektor müdiri, müdir müavini, 2018-ci ildən Dövlət Sosial Müdafiə Fondunun idarə rəisi vəzifəsində çalışıb.

2020-ci ildən Fondun İdarə Heyətinin sədr müavini olub.

20-dən çox elmi məqalənin müəllifi, biri dərslik olmaqla 4 kitabın həmmüəllifidir. İngilis və rus dillərini bilir.

Evlidir, dörd övladı var.

Xatırladaq ki, aprelin 15-də Dövlət Sosial Müdafiə Fondu İdarə Heyətinin sədri Himalay Məmişov vəzifəsindən azad edilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə H.Məmişov maliyyə nazirinin müavini təyin olunub.