BAKI, 16 aprel. TELEQRAF

"Atamın səhhətində irəliləyiş var".

Bu sözləri Teleqraf-a Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyevin qızı Leyla Rəhimli atasının səhhəti haqqında danışarkən deyib.

"Oyanıb və ətrafa reaksiya verir. Amma səsi çıxmır, süni tənəffüs aparatına qoşuludur. Böyrəyindəki problem davam edir. Hələ evə buraxılmayacaq, çünki evdə o şəraiti qurmaq çətindir", - deyə L.Rəhimli bildirib.

Qeyd edək ki, Möylə Mirzəliyev bir müddətdir Yeni Klinikada müalicə alır.

O, boyun fəqərələrində spinal stenoz diaqnozu ilə özəl tibb müəssisəsində transpedikulyar fiksasiya (implant) əməliyyatı olunub.

Əməliyyat sonrası xəstədə yuxarı və aşağı ətrafların iflici qeydə alındığından uzun müddət digər tibb müəssisəsinin reanimasiya və intensiv terapiya şöbəsində müalicə edilib.