TBİLİSİ, 16 aprel. TELEQRAF

Tbilisinin “Lilo” bazarında baş vermiş yanğın söndürülüb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə Olunması Xidmətindən bildirilib.

Qeyd olunub ki, hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

***

10:29

TBİLİSİ, 16 aprel. TELEQRAF

Tbilisi yaxınlığında yerləşən “Lilo” bazarının ərazisində yanğın başlayıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, yanğın bir neçə ticarət obyektini əhatə edib.

Bazar ərazisindən insanlar təxliyə edilib. Hadisə yerinə yanğınsöndürmə maşınları cəlb olunub. Yanğının aradan qaldırılması işləri aparılır.

Yanğın zamanı xəsarət alanların olmadığı bildirilir.

Qeyd edək ki, bugünkü yanğın “Lilo”da bu il qeydə alınan ikinci belə hadisədir. Bu ilin yanvarın 28-də bazarda baş vermiş güclü yanğın 5 min kvadrat metr sahəni əhatə etmişdi.