
BAKI, 16 aprel. TELEQRAF
Ermənistanda ilk dəfə olaraq polis sistemində güc tətbiqi standartı tətbiq ediləcək.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan daxili işlər naziri Arpine Sərkisyan məlumat verib.
“Ermənistanda ilk dəfə olaraq güc tətbiqi standartı tətbiq ediləcək. 2025-ci ilin sonuna qədər bütün səylərimizi bu məqsədin həyata keçirilməsinə yönəldəcəyik”, - nazir bildirib.
Arpine Sərkisyan standartların nələrdən olduğunu açıqlamasa da, erməni mediası hökumətin polis sistemi üçün sərt tətbiqlərin hazırladığını yazıb. Müxalif mənbələrə görə, yeni tətbiqlərin əsas hədəflərindən biri bundan sonra icazəsiz mitinq təşkil etmək istəyən radikal müxalif qüvvələr ola bilər.