
BAKI, 16 aprel. TELEQRAF
Şəmkirdə vətəndaşa məxsus ev yanıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb.
Kənd sakini 2001-ci il təvəllüdlü Vəlixan Vəliyevə məxsus evdə yanğın olub. Hadisə yerinə iki yanğınsöndürən və canlı qüvvə cəlb edilib. Alov söndürülüb.
Qeyd edək ki, ilkin məlumata görə, ümumi sahəsi 150 kv.metr olan fərdi yaşayış evinin dam örtüyünün 70 kv.metr hissəsi yanıb.
Hadisənin səbəbləri araşdırılır.