
BAKI, 16 aprel. TELEQRAF
Almaniyanın dövlət büdcəsi “müharibə qurbanı” olduğu iddia edilən keçmiş nasistlərə sosial dəstək üçün vəsait ayırır.
Teleqraf xəbər verir ki, Rusiyanın Berlindəki səfiri Sergey Neçayev belə deyib .
O, "İzvestiya"ya müsahibəsində bildirib: "Berlinin bu məsələdə mövqeyi ondan ibarətdir ki, əgər keçmiş esesçilər bu gün yuxarıda göstərilən ödənişləri alırlarsa, bu, SS-yə mənsub olduqları üçün deyil, hərbi xidmət zamanı sağlamlıqlarının zədələnməsi ilə əlaqədardır".
Diplomat xatırladıb ki, Almaniya Leninqradın mühasirəsindən sağ çıxanlara münasibətdə ikili standartlar tətbiq edir, ödənişləri yalnız yəhudi millətindən olanlara verir.