
BAKI, 16 aprel. TELEQRAF
Ukraynada xüsusi əməliyyat (müharibə - red.) dekabra qədər qismən başa çatdırıla bilər, amma hərbi əməliyyatların tam dayandırılmasına ümid yoxdur.
Teleqraf xəbər verir ki, bunu rusiyalı politoloq Aleksandr Perendjiyev deyib.
O qeyd edib ki, il ərzində müharibənin tam başa çatacağına ümid yoxdur. Politoloq döyüşlərin yay aylarında davam edəcəyini proqnozlaşdırır.
“Əgər əməliyyatların qismən başa çatma ehtimalı varsa, bu, 2025-ci ilin dekabrında olacaq. Amma təkcə cəbhədə yox, qlobal iqtisadiyyat, Avropa İttifaqı və ABŞ-dəki daxili, eləcə də ictimai-siyasi vəziyyət də daxil olmaqla, reallıqda daha çox şey baş verməlidir”, - Perendjiyev bildirib.