BAKI, 16 aprel. TELEQRAF

Filippində Mindanao adasında 5,6 bal gücündə zəlzələ baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) öz saytında məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 125 min nəfərin yaşadığı Koronadal şəhərindən 104 km cənub-qərbdə və əhalisi 8 min nəfərdən çox olan Maitumdan 40 km cənub-qərbdə yerləşib. Mənbə 10 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.