TBİLİSİ, 16 aprel. TELEQRAF

Tbilisi hava limanında 20 kiloqram marixuana aşkar edilərək götürülüb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Xüsusilə külli miqdarda narkotik vasitə Malayziya vətəndaşının baqajına və əl yükünə keçirilmiş baxış zaman üzə çıxıb.

İstintaqla müəyyən edilib ki, əcnəbi narkotik vasitəni Banqkokdan təyyarə ilə Tbilisiyə gətirib.

Faktla bağlı istintaq aparılır. Saxlanılan Malayziya vətəndaşını 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.