BAKI, 16 aprel. TELEQRAF

Dünən axşam saatlarından Bakı və Abşeron yarımadasında başlayan, güclü küləklə müşayət olunan leysanla bağlı şəhər kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilən bu gün səhər saat 10:00 üçün olan məlumata görə güclü külək nəticəsində şəhərdə 55 ağac sınıb, 15-dən çox ağacın budaqları qırılıb.

Birliyinin əməkdaşları tərəfindən qırılan ağaclar kəsilib, zədələnənlər budanıb, ərazi təmizlənib.

Hazırda birliyin mobil qrupları şəhərin müxtəlif ərazilərində gücləndirilmiş rejimdə işlərini davam etdirir.