BAKI, 16 aprel. TELEQRAF

Futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinin təkrar oyunlarına bu gün yekun vurulacaq.

Teleqraf xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutacaq.

Gecənin maraqla gözlənən oyunlarından birində İspaniyada “Real Madrid” yerli azarkeşləri önündə “Arsenal”ı qəbul edəcək. İngiltərədə böyük hesabla uduzan “Kral klubu” işini xeyli çətinə salıb. “Arsenal” böyük üstünlük qazansa da, ÇL-in ən titullu klubunu mübarizədən kənarlaşdırmaq asan olmayacaq.

Digər matçda “İnter” İtaliyada “Bavariya” ilə qarşılaşacaq. Milanlılar ilk matçda səfərdə qələbə qazanaraq, yarımfinala bir addım yaxınlaşıblar. “Bavariya”nın da mərhələni adlamaq şansları az deyil.

Yada salaq ki, dünən baş tutan oyunlardan sonra “Barselona” və PSJ yarımfinala vəsiqə qazanıb.

Çempionlar Liqası

1/4 final, təkrar oyunlar

16 aprel

23:00 “İnter” (İtaliya) – “Bavariya” (Almaniya)

İlk oyun: 2:1

23:00 “Real Madrid” (İspaniya) - “Arsenal” (İngiltərə)

İlk oyun: 0:3