
BAKI, 16 aprel. TELEQRAF
"Bizim bildiyimiz kimi Qərb artıq mövcud deyil".
Teleqraf xəbər verir ki, Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen belə deyib.
O, Almaniyanın “Zeit” nəşrinə müsahibəsində bildirib ki, ənənəvi mənada qıbul olunan Qərb artıq mövcud deyil.
Avropa Komissiyasının rəhbəri bunun ABŞ Prezidenti Donald Trampın vəzifəyə başlamasından sonra baş verdiyini vurğulayıb. Eyni zamanda, fon der Leyen Transatlantik tərəfdaşlığın tərəfdarı olaraq qaldığını və Avropanın ABŞ ilə dostluğuna inandığını vurğulayıb.