BAKI, 16 aprel. TELEQRAF

Futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinin təkrar oyunları start götürüb.

Teleqraf xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.

Almaniyada “Borussiya”nın qonağı olan “Barselona” böyük ölçüdə məsələni ilk görüşdə həll etmişdi. Bundesliqada uğursuz mövsüm keçirən Dortmund klubu təkrar qarşılaşmada “Barsa”ya qarşı ciddi müqavimət göstərib. Almanlar meydandan qalib ayrılsalar da, turu "Barselona" keçib.

ÇL-in favortilərindən sayılan PSJ də yarımfinala vəsiqə qazanıb. Parislilər 2 top fərqi ilə önə keçsələr də, “Aston Villa” əzmkar qələbəyə nail olub. Amma iki görüşün nəticəsinə görə PSJ turu adlayıb.

Mərhələnin digər 2 oyunu bu gün keçiriləcək.

Çempionlar Liqası

1/4 final, təkrar oyunlar

15 aprel

23:00 “Borussiya” (Dortmund, Almaniya) – “Barselona” (İspaniya) – 3:1

Qollar: Seru Qirassi, 11 (pen); 49; 76 – Rami Bensabaini, 54 (avtoqol)

İlk oyun: 0:4

23:00 “Aston Villa” (İngiltərə) – PSJ (Fransa) – 3:2

Qollar: Yuri Tilemans, 34; Con Makqinn, 55; Eri Konsa, 58 – Əşrəf Hakimi, 11; Nunu Mendeş, 28

İlk oyun: 1:3