BAKI, 16 aprel. TELEQRAF

“ABŞ-nin Rusiyaya qarşı sanksiyalarının yumşaldılması Ukraynada atəşkəslə əlaqələndiriləcək”.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus deyib.

Birləşmiş Ştatlar rəsmisi bildirib: “Qan tökülməsi dayanmayana qədər heç bir müzakirə, qərar və razılaşma olmayacaq”.

Yada salaq ki, ABŞ lideri Donald Tramp Rusiyaya qarşı tətbiq edilən sanksiyalar paketinin müddətini daha bir il uzadıb.