BAKI, 16 aprel. TELEQRAF

ABŞ-nin 46-cı prezidenti Co Bayden səlahiyyət müddəti başa çatdıqdan sonra ilk dəfə olaraq xələfi Donald Trampın fəaliyyətini açıq şəkildə şərh edən bəyanatla çıxış edib.

Teleqraf xəbər verir ki, o, yeni administrasiyanın sosial təminat sahəsində xərcləri azaltmaq cəhdlərini tənqid edərək, sosial müdafiəni yalnız “hökumət proqramı yox, müqəddəs vəd” adlandırıb.

Bayden əlavə edib ki, peşəkar karyeralarının əvvəlindən sığorta haqqı ödəyən insanlar ödəniş almağa ümid edirlər: “Bu ümidə xəyanət etmək və bu vəzifəni heçə saymaq olmaz”.

Sabiq prezident Ağ Ev rəhbərinin vəzifədə olduğu 100 gündən az müddətdə böyük ziyan və dağıntıya səbəb olduğunu söyləyib:

“Görün nə oldu, 100 gündən az müddətdə bu yeni administrasiya o qədər çox ziyan və o qədər dağıntıya səbəb oldu ki, bu, nəfəskəsicidir”.