
BAKI, 16 aprel. TELEQRAF
ABŞ Prezidentinin administrasiyası Nyu-Yorkun Baş prokuroru Letisiya Ceymsi ipoteka fırıldaqçılığına görə araşdırır.
Teleqraf xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Məlumata görə, Federal Mənzil Maliyyəsi Agentliyi ABŞ Ədliyyə Nazirliyinə Nyu-Yorkun Baş prokuroruna qarşı cinayət təhqiqatının aparılması üçün sorğu göndərib.
Mənzil idarəsi iddia edir ki, Ceyms ipoteka üçün müraciət edərkən qanun pozuntularına yol verib.
Qeyd edək ki, 2022-ci ildə məhz L.Ceyms hazırki Prezident Donald Trampa qarşı məhkəmə iddiası qaldırıb. Nəticədə, 2024-cü ilin fevralında Nyu-York məhkəməsi D.Trampı 454 milyon dollar ödəməyə məcbur edib.